“Bavariya” - “Real” oyununun hakimləri məlum olub

15:24 - 23 Aprel 2018 - İDMAN

Çempionlar Liqasının 1/2 final mərhələsinin “Bavariya” və “Real” arasında keçiriləcək ilk matçına hakim təyinatları açıqlanıb.

Matçı hollandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona  yan xətdə Sander Van Rukel, Ervin Zeystra, əlavə köməkçi hakim kimi isə Pol Van Bukel və Dennis Xiqler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çarlz Sxaap yerinə yetirəcək.
 
Aprelin 25-də Münhendə keçiriləcək “Bavariya” - “Real” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər ilk oyunu - "Liverpul" - "Roma" martçı almaniyalı Feliks Brixə tapşırılıb.qol.az

Xəbər xətti