Salah “ən yaxşı” oldu - Foto

12:22 - 23 Aprel 2018 - İDMAN

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Liverpul”un vingeri Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyası tərəfindən Premyer Liqada ilin futbolçusu seçilib.

Salah David de Xea (“Mançester Yunayted”), Kevin de Bruyne, Leroy Sane, David Silva (hər ikisi  “Mançester Siti”) və Harri Keyni (“Tottenhem”) qabaqlayıb. İlin ən yaxşı gənc futbolçusu isə Leroy Sane seçilib.

Xəbər xətti