“Shamkir Chess 2018”: Bu gün IV turun görüşləri keçiriləcək     
                    
                     
                    
                        
                                         
             
            11:46  -  22 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.
Bu gün turnirdə IV turun görüşləri keçiriləcək.
 
Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.
 
Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq.
Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək.
Qafqazinfo