Kubokdan çıxarılacaq
Dünən Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” oyunu meydan sahibi azarkeşlərin qalmaqal yaratmasına görə təxirə salınıb. “Qafqazinfo” “Milliyyət”ə istinadən xəbər verir ki, TFF-nin “sarı lacivərtlilər”ə verəcəyi cəza bəlli olub.
Belə ki, federasiya “Fənərbaxça”ya 0:3 hesablı məğlubiyyət verəcək.
Türkiyə Superliqası nizamnaməsində görə təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyi təmin edə bilməyən tərəfə texniki məğlubiyyət verilməlidir: “Əgər təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyə cavabdeh olan tərəfə texniki məğlubiyyət verilməli. İntizam Komitəsi səbəbi araşdıraraq həmin komandanı növbəti mövsüm üçün eyni turnirdən ixrac edə bilər”.