Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı     
                    
                     
                    
                        
                                         
             
            00:26  -  20 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bu gün Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən matçında “Fənərbağça” - “Beşiktaş” matçı yarımçıq dayandırılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyun 0-0 davam edərkən 57-ci dəqiqədə stadionda ara qarışıb.
Belə ki, “Beşitkaş”ın qapıçısı Tolqa Zənginlə “Fənərbağça” azarkeşləri arasında münaqişə düşüb. Onları sakitləşdirmək üçün “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş tribunalar qarşısına gəlib. Özündən çıxan fənərbağçalı fanatlar Ş.Günəşin başına yad cisim atıblar.
Bir anda yerdə qalan məşqçi bir neçə saniyə sonra yerindən qalxaraq oradan uzaqlaşıb. Məlumata görə, Ş.Günəşin başına tikiş atılıb və xəstəxanaya aparılıb.
Matçın baş hakimi Mete Kalkavan isə oyunu yarımçıq dayandırıb.
Paltardəyişmə otağına yollanan iki klubun futbolçuları isə dəhlizdə əlbəyaxa davam ediblər. Onları polislər çətinliklə ayırıb.
Qeyd edək ki, bu iki komanda arasında baş tutan ilk görüş 2:2 hesabı ilə bitmişdi.