Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

17:07 - 19 Aprel 2018 - İDMAN

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçirilir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.
Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan),  Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq. 

Xəbər xətti