Azərbaycan millisinin rəqibi müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək. Ucnoqta.az AFFA-nın saytına istinadən xəbər verir ki, iyunun 5-də Astana şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Qazaxıstan yığması olacaq. Bu barədə AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub.
Razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.
U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.