Azərbaycan gimnastı Avropa çempionu olub     
                    
                     
                    
                        
                                         
             
            17:57  -  15 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.
Tamblinq yarışında 77,400 bal toplayan idmançımız bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.
İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.report