İran XİN Suriyanın bombalanmasını pisləyib
10:16 - 14 Aprel 2018 - DÜNYA
İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı məlumat yayıb.
"İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - məlumatda qeyd olunub.
İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.