Ucnoqta.az
www.ucnoqta.az

İran XİN Suriyanın bombalanmasını pisləyib

10:16 - 14 Aprel 2018 tarixində dərc olunub.
İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı məlumat yayıb. "İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", -  məlumatda qeyd olunub. İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.
Müəllif: