"Arsenal"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçilib     
                    
                     
                    
                        
                                         
             
            23:51  -  13 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu bəlli olub.
Ucnoqta.az xəbər verir ki, "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həftənin oyunçusu adına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Məhəmməd əl-Nenni layiq görülüb.
O, qurumun rəsmi saytı tərəfindən aparılan səsvermədə 84 faiz səs toplayıb. Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet 10 faiz səslə ikinci, Avstriyanın "Zaltsburq" komandasının oyunçusu Amadu Aydara isə 4 faiz səslə 3-cü yeri tutub.
Qeyd edək ki, "Marsel" "Zaltsburq" ilə, "Arsenal" isə İspaniyanın "Atletiko" (Madrid) klubu ilə üz-üzə gələcək.