Hava şarı qəzaya uğradı - 12 turist yaralandı

22:44 - 13 Aprel 2018 - Xəbər

Cənubi Koreyada hava şarı qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində hava şarının pilotu həlak olub, 12 nəfər isə xəsarət alıb.

Xəsarət alanların hamısının turist olduğu bildirilir.
Hadisəni görən şahidlərin sözlərinə görə, külək hava şarını ağaca çırpması ilə qəza baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbər xətti