Paytaxtda ilk elektrobuslar sentyabrda istifadəyə veriləcək

22:16 - 13 Aprel 2018 - Xəbər

Moskvada ilk elektrobuslar bu ilin sentyabrında istifadəyə veriləcək.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov bildirib:
"Bu il ilk elektrobusları paytaxtda görəcəyik. Bunlar aldığımız yeni avtobusların parkına əlavə olunacaq".
Onun sözlərinə görə, bu elektrobuslar müasir olacaq, belə ki, videomüşahidə, klimat-nəzarət sistemi, hətta pulsuz Wi-Fi-la təchiz olunub.

Xəbər xətti