Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

11:27 - 13 Aprel 2018 - Xəbər

 Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır. 

Ucnoqta.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, bu işləri 5 və 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-lər həyata keçirir. Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Qobustan stansiyasında 2 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Bu, son 1 həftə ərzində əsaslı təmir olunan 5-ci yoldəyişən qurğudur. 


Xəbər xətti