Seçki günü təcili yardıma 7 müraciət daxil olub

17:49 - 12 Aprel 2018 - Xəbər

"Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası aprelin 11-də Prezident seçkilərində əhaliyə yüksək səviyyədə xidmət edib".

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, stansiyanın “103” xidmətinə gün ərzində 2087 ümumi müraciət daxil olub ki, bunun da cəmi 7-si seçki dairələrindən olub. 

Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

Xəbər xətti