Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.
"Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm! Ölkələrimizin dinamik, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcəyinə, bir çox sahələrdəki birgə təşəbbüslərimizin xalqlarımızı və strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyinə tam əminəm", - G.Kvirikaşvili "Twitter"də yazıb.
Daha əvvəl Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.