Dünyanın ən yaxşı aviaşirkətləri məlum olub

19:00 - 12 Aprel 2018 - Xəbər

 ABŞ-ın səyahət saytı - "TripAdvisor" dünyanın ən yaxşı aviaşirkətlərinin siyahısını açıqlayıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, siyahıda 1-ci yeri “Singapore Airlines” tutub. 

İlk 10-luğa həmçinin “Air New Zealand” (2-ci), “Emirates” (3-cü), “Japan Airlines” (4-cü), “Eva Air” (5-ci), “Soutwest Airlines” (6-cı), “Jet2.com” (7-ci), “Qatar Airways” (8-ci), “Azul” (9-cu), “Korean Air” (10-cu) daxil olub. 

Reytinq cədvəli hazırlanarkən son 1 ildə təyyarə ilə səyahət edən insanların rəyi öyrənilib. 

Xəbər xətti