Fransalı müşahidəçi: “Seçkilər tam şəffaf olub”

11:34 - 12 Aprel 2018 - Xəbər

"Azərbaycan qanunvericiliyi seçkilərin vaxtından əvvəl təyin olmasına imkan verir və qanunvericiliyə uyğun keçirilməsinə mane olmur”.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Fransa müşahidə qrupunun üzvü Mişel Teğo deyib.  O bildirib ki seçkilər Qərbdəki hazırkı standartlara cavab verir: "Digər beynəlxalq müşahidəçilər də heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçkilərin kənar təzyiq olmadan, normal keçdiyini deyib. Seçkilər tam şəffaf olub. Nəticənin beynəlxalq və yerli “exit-poll”ara uyğun olduğunu qeyd etmək lazımdır. Seçkilər demokratik standartların davam etdirilməsi üçün doğru istiqamətdə atılan addım idi”.

Xəbər xətti