“Bir insan belə qərarla komandanın arzularını puç edə bilməz. Bizim bütün əziyyətimizi hakim yerə vurdu”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Yuventus”un qapıçısı Canluici Buffon deyib.
O, UEFA Çempionlar Liqasının ¼ final mərhələsində dünən Madrid “Real”ına 1:3 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Təcrübəli dəri əlcək sahibi qarşılaşmanın son dəqiqələrində verilən penalti qərarına etiraz edib: “Kifayət qədər yaxşı olmadığımızı düşündüyüm halda özümüzü sübut etdik. Meydanda hər şeyimizlə oynadıq. Hakim isə belə anda həssas olmalı idi. Harada olduğunu, hansı komandaların oyununu idarə etdiyini unutmamalı idi.
Belə matçda hakimdən öncə şəxsiyyət olmaq lazımdır. Əgər şəxsiyyətiniz yoxdursa, gedib arvadınız və uşaqlarınızla oyunu izləyə bilərsiniz. Mən referiyə etiraz edərkən ona nə dedim? Emosiyalara qapılıb çox şey deyə bilərəm. Elə anda hansı vəziyyət olduğumu təsəvvür edə bilməzsiniz”.
Buffon bildirib ki, qarşılaşma ədalətli sonlanmadı: “Biz inanılmazı etdik. Lakin hər şeyi ədalətlə başa çatmaması təəssüf doğurur. Amma həyat davam edir”.