Rusiyanın daha bir aviaşirkəti Tümendən Bakıya birbaşa aviareyslərə başlayır

18:29 - 12 Aprel 2018 - Xəbər

Rusiyanın ən iri aviadaşıyıcılarından “UTair” yay mövsümündən Bakıya uçuşlara başlayacaq. “APA-Economics”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 6-dan Tümendən Bakıya birbaşa reyslər həftədə bir dəfə yerinə yetiriləcək.

Həftənin bazar ertəsi Tümendən həyata keçiriləcək aviareys yerli vaxtla 18:00-da başlayacaq, Bakıya isə 20:30-da çatacaq.
Birbaşa aviareyslər cari ilin sentyabrın 5-nə kimi davam etdiriləcək.

Xəbər xətti