Petro Poroşenko İlham Əliyevi təbrik edib

10:43 - 12 Aprel 2018 - Xəbər

Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"

Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.

Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"

Xəbər xətti