"Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanmışdı və çox yaxşı təşkil olundu".
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin seçki məntəqələrində bütün komissiya üzvlərinin yüksək hazırlığını və seçkilərə yaxşı informasiya dəstəyi verildiyini söyləyib.