MSK saat 19:00-a seçici fəallığını açıqlayıb
20:51 - 11 Aprel 2018 - Xəbər
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar səsvermədə yekun - saat 19:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan səsvermə başa çatanadək - saat 19:00-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri (ümumi seçicilərin 74.51%-i) səsvermədə iştirak edib.report