"Opinion Way"in "exit poll" nəticəsi: İlham Əliyev 86,53% səs toplayıb

19:51 - 11 Aprel 2018 - Xəbər

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.   Nəticələr aşağıdakı kimidir:   Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;   Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;   Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;   Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;   Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;   Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;   Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;   "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;   "Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.apa

Xəbər xətti