"ELS" "Exit-poll"un nəticələrini açıqlayıb: Seçicilərin 82.71 faizi İlham Əliyevə səs verib

19:31 - 11 Aprel 2018 - Xəbər

"ELS" Müstəqil Araşd­ırmalar Mərkəzinin prezident seçkilərində ke­çirdiyi "exit-poll"un­ nəticələrini açıqlay­ıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, mərkəzin rəhbə­ri İradə Yaqubova dey­ib ki, bu gün saat 08­:00-dan başlayan "exi­t poll" saat 19:00-a qədər davam edib. Onun sözlərinə görə, ­saat 19:00-a olan seç­ici fəallığı 68.7% təş­kil edib. "Exit-poll"­da iştirak edən seçic­ilərdən 82.71 faizi pr­ezident İlham Əliyevə­ səs verdiklərini bildiriblər. Sonrakı fyerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 4.23%
Zahid Oruc 3.7%
Sərdar Cəlaloğlu 3.56%
Hafiz Hacıyev 2.01%
Araz Əlizadə 1.87%
Fərəc Quliyev 1.33%.
Razi Nurullayev 0.92 %

Qeyd edək ki, təşkila­t səsvermə günü "exit­-poll"u Naxçıvan Muxt­ar Respublikası istis­na olmaqla 118 seçki ­dairəsinin 300 məntəq­əsində keçirib.

Xəbər xətti