Aktiv və passiv seçki dairələrinin adları məlum olub
18:16 - 11 Aprel 2018 - Xəbər
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığının aktiv və passiv olduğu seçki dairələrinin adları məlum olub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51 min 117 seçicidən 40 min 588-i (79.40%) səsvermədə iştirak edib. Passiv seçki dairəsi isə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37 min 205 seçicidən 19 min 224-ü (51.67%) səsvermədə iştirak edib.