Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib
18:12 - 11 Aprel 2018 - Xəbər
"Qarayaxma kampaniyaları pis addımdır, buna münasibətim pisdir".
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yer alan bəzi iddialara münasibət bildirən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdeyib.
"Normal adam bu yola düşməməlidir. Heç bir millət nümayəndələri bu yola düşmür. Təəssüf ki, bəzi insanlar, xaricə gedənlər orada Azərbaycanı pisləyir. Bu, bizim xalqa xas deyil. Bu, həmin insanların mədəniyyətinin yerində olmamasından xəbər verir".