Saat 17:00-dək 3 716 135 seçici səs verib
17:50 - 11 Aprel 2018 - Xəbər
Azərbaycanda prezident seçkilərinin saat 17:00-a olan nəticələri məlum olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.