Valverde: "Məsuliyyət mənim boynumdadır"

10:57 - 11 Aprel 2018 - İDMAN

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Roma”ya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis komandasının Çempionlar Liqası ilə vidalaşmasının məsuliyyətini üzərinə götürüb: “Mövsüm uzundur və Çempionlar Liqasını qazanmaq çətindir. Azarkeşlərin məyusluğunu anlayıram. Yarımfinalda oynamaq istəsək də, bu, futboldur. Bəzən uğursuzluğu həzm etməli olursan.  İndi ayağa qalxmalı və irəli getməliyik. Hələ qalib olmaq istədiyimiz 2 turnir var.  Bu gün öz oyunumuzu göstərə bilmədik. Rəqib isə çox aqressiv idi. “Roma”nı təbrik etməliyik. Onlar bizə çox problem yaşatdılar. Əlimizdə qalanlara köklənməliyik.  Bu, futbolun bir hissəsidir. Hər şeyə hazır olmalısan. Bu gün digər oyunlardakı kimi yaxşı oyun göstərə bilmədik. Rəqibin əziyyətini qiymətləndirməliyik.  Hər şeyə görə məsuliyyət mənim boynumdadır. Komandaya mən rəhbərlik edirəm. Ümid edirəm ki, bu nəticə İspaniya çempionatı və kubokundakı oyunumuza təsir göstərməyəcək”.  Qeyd edək ki, ilk oyunda 4:1 hesablı qələbəyə baxmayaraq, cavab matçında “Roma”ya 0:3 uduzan “Barselona” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb.

Xəbər xətti