İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Onun sözlərinə görə, səfirlə bu gün keçiriləcək görüşdə bütün aktual məsələlər, o cümlədən Suriyanın hərbi bazasının bombalanması məsələsi müzakirə olunacaq.
Bununla yanaşı, diplomat deyib ki, Moskva ABŞ-ın Suriyaya zərbələrin ağır fəsadları barədə bəyanatlarının nəzərə alacağına ümid edir.
Onun sözlərinə görə, Suriyada Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.