Rusiya prezidenti Vladimir Putin ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Çarlz Boldeni Dostluq Ordeni ilə təltif edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, fərman rəsmi internet saytda dərc edilib.
Məlumata əsasən, Ç.Bolden bu mükafata iki ölkə arasında kosmonavtika sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə layiq görülüb.