Mərkəzi Bank uçot dərəcəsini endirdi

15:17 - 9 Aprel 2018 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi barədə qərar qəbul edib.

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.


E.Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayında müzakirə ediləcək.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

Xəbər xətti