Sərbəst güləşçilərimiz dünya ikincisi oldular     
                    
                     
                    
                        
                                         
             
            10:02  -  9 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.