İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verib

12:49 - 8 Aprel 2018 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqunla bağlı başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xəbər xətti