Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib
22:30 - 7 Aprel 2018 - DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü xatırladaraq bildirib: "Siz terrorçulara dəstək verirsiz və sonra onları Yelisey Sarayında qəbul edirsiz. Almaniyada olanları görürsünüz? Bunlar Fransanı da gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq".
Ərdoğanın sözlərinə görə, son məlumatlara əsasən, Suriyanın Afrin bölgəsində 4 min terrorçu zərərsizləşdirilib: "Bu rəqəmə Türkiyənin daxilində və İraqın şimalında zərərsizləşdirilən terrorçuları əlavə etsək, göstəriri 4200-4300-ə çatacaq".