Soros kriptovalyutaya sərmayə qoyur
10:16 - 7 Aprel 2018 - DÜNYA
Amerikalı milyarder Corc Soros gözlənilmədən kriptovalyutaya sərmayə qoymaq qərarına gəlib.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, "Soros Fund Management"in rəhbəri Adam Fişer virtual valyuta ilə ticarət etmək barədə icazəni alıb.
Qeyd edək ki, bu yaxınlarda Davosda keçiriləən Ümumdünya İqtisadi forumunda milyarder kriptovalyutanın anlaşılmazlığa əsaslanan möhtəkirlik olduğunu bildirmişdi.
Onun sözlərinə görə, kriptovalyuta həmin vaxt yığım vasitəsi deyildi.