"Kəpəz” "Keşlə”yə, "Qarabağ” "Səbail”ə qarşı     
                    
                     
                    
                        
                                         
             
            09:18  -  7 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun ilk matçı Gəncədə baş tutacaq. "Kəpəz” doğma azarkeşlər önündə "Keşlə” ilə üz-üzə gələcək. Bu görüş autsayderlərin yubiley oyunu olacaq. Komandalar 30-cu dəfə qarşılaşacaq. Paytaxt təmsilçisi son 5 səfər matçında 1 dəfə qələbəyə sevinib. Bu komandalar arasında keçirilən hər üç qarşılaşmada qonaqlar meydanı qolsuz tərk etməyib.
Günün digər oyununda isə "Qarabağ” "Səbail”i qəbul edəcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç oyununda "Qarabağ” qələbə qazanıb. "Səbail” isə bu matçlarda qol vura bilməyib.
Qeyd edək ki, turun digər matçları aprelin 8-i baş tutacaq. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə”ylə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.