Əfv Komissiyasının iclasları davam edir

17:21 - 6 Aprel 2018 - Xəbər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 600-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

Xəbər xətti