GUAM-ın müşahidə missiyası gələn həftə Azərbaycana gələcək

23:13 - 6 Aprel 2018 - Xəbər

Məqsəd aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini müşahidə etməkdir

GUAM-ın baş katibi Altay Əfəndiyevin rəhbərlik etdiyi təşkilatın müşahidəçilərdən ibarət nümayəndə heyəti Bakıya aprelin 10-da gələcək. Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini müşahidə etməkdir.

Qeyd edək ki, GUAM-ın qısamüddətli müşahidə missiyası baş katib də daxil olmaqla, beş nəfərdən ibarətdir.report

Xəbər xətti