Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb. “Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.
Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı “Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir.
“Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.
Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra müstəqil şirkətlər yaranıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz