Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.
Ucnoqta.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu, Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.
Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir.