Voronej vilayətinin Rossoş şəhərində yaşayan pişik 500 kilometr yolu sahibinin avtomobilinin kapotu altında qət edib.
Heyvanın sahibi Lipetsk şəhərinə qonaq gedib. O, pişiyin nəqliyyat vasitəsində olmasından xəbərsiz olub. Heyvanın sahibi Lyubov Malinoçka söyləyib ki, maşınla qohumunun toyuna gedib və tədbirdən sonra geri qayıtmağa hazırlaşıb və bu vaxt pişiyi kapotun altında aşkar edib. Pişik beləliklə, iki gün maşında qalıb. Ac və sussuz. Qadın deyib ki, pişik zədələnməsə də, çox qorxub və sussuzluqdan əziyyət çəkib. «Mən əmin idim ki, bu başqasının pişiyidir. Amma öz pişiyimi evdə tapmadıqda xilas olunan pişiyə diqqətlə baxmalı oldum. Don vurmuşun qulağı bizimki kimi özbaşına hərəkət edirdi. Şübhəmiz qalmadı. İndi oğlum hər səfər öncəsi kapotun altına baxır. O, pişiyin yenidən kapotun altına girəcəyindən narahatdır»,- Malinoçka deyib.
Görünür kapot altında genişlik pişiklər üçün cəlbedicidir. Məsələn. Britaniyada Şahzaldə ləqəbli pişik kapot altında iki həftə keçirib. Həmin vaxt avtomobil hərəkətsiz olub. Rusiyanın Uxta şəhərində isə pişik balası Sıxtıkvaradək 300 kilometr məsafəni səyahət edib.