İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus vertolyot Aralıq dənizinə düşüb.
Qəza gecə saatlarında baş verib. "Borsini" hərbi gəmisinin "SH 212" vertolyotu "Mare Sicuro" ("Sakit dəniz") əməliyyatında iştirak edirmiş.
Hadisə nəticəsində 5 ekipaj üzvündən biri ölüb.
Qəzanın səbəbləri araşdırılır.