Koreya Respublikasının sabiq prezidenti Pak Kın He 18 ittiham maddəsi ilə 24 il müddətinə həbs cəzasına məhkum edilib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.
Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaq, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirkar bilinib.