Tahir Gözəl: ""Qarabağ" qaçqınlarımızın səsini dünyaya çatdırmış klubdur"- Video

00:04 - 5 Aprel 2018 - Xəbər

"Qarabağ" futbol klubu Türkiyədə "Milliyet" qəzeti tərəfindən keçirilmiş “İlin idman mükafatları-2017” mükafatlandırma mərasimində "Jüri" xüsusi mükafatı ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib: " "Qarabağ" Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu. Mən "Milliyet" qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm. Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdi. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun".
Tahir Gözəl çıxışını Nəsiminin qəzəliylə yekunlaşdırıb:
"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam".

Xəbər xətti