Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaradacaqlar
23:32 - 4 Aprel 2018 - DÜNYA
Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaratmaq niyyətindədir.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Sammitdə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani də iştirak ediblər.
R.T.Ərdoğan qeyd edib ki, V.Putinlə suriyalılar üçün çörək sexinin yaradılması da müzakirə olunub:
"Mən, həmçinin terrorçulardan azad edilmiş ərazilərdə suriyalılar üçün yaşayış məntəqəsinin yaradılmasını təklif edirəm".