Ramil Usubov Göyçayda qəbul keçirəcək

13:16 - 4 Aprel 2018 - Xəbər

Vətəndaşlar müraciət etməklə qəbula yazıla bilərlər

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il aprel ayının 28-də Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis Şöbəsində qəbul edəcək.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər xətti