Vəsait hər kvadrat/metr üçün hesablanacaq
"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək". Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq iymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".