Kriştianu Ronaldu: "Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"- Video

10:37 - 4 Aprel 2018 - İDMAN

 "Mən bir dəfə də belə qol vurmuşdum".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə "velosiped" zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, qol sayılmamışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: "Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib. 

Xəbər xətti