Salahuddin Rabbani Qoşulmama Hərəkatı çərçivəsində aprelin 5-6-da Bakıda keçiriləcək nazirlər konfransında iştirak edəcək
Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlir. Ucnoqta.az xəbər verir ki, Əfqanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Salahuddin Rabbaninin rəhbərlik etdiyi əfqan nümayəndə heyəti aprelin 4-7-də Bakıda olacaq.
S.Rabbaninin rəhbərlik etdiyi nümayəndə heyəti “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində aprelin 5-6-da Bakıda keçiriləcək nazirlər konfransında iştirak edəcək.